"MS" 12 illik qapıçısı ilə vidalaşdı

ESTAFET/ "Mançester Siti" klubu öz qapıçısı Co Hartı satıb. İngiltərənin digər Premyer Liqa klubu olan “Bernli” qapıçını öz heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat verib.
31 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. “Bernli”nin Hart üçün "şəhərlilər"ə 3,5 milyon avro ödəyəcəyi bildirilir.
2006-cı ildə “Şrusberi” klubundan transfer edilən Hart, son mövsümü icarə əsasında “Vest Hem” klubunda keçirib.

