Usmanov "Arsenal"da olan payını satır
ESTAFET/ Rusiyalı biznesmen Əlişir Usmanov rəsmən London "Arsenal"ında olan səhmlərini satmaq haqda qərar qəbul etdiyini bildirib. Daha öncə də mətbuatda məlumat yayılmışdı ki, rusiyalı iş adamı klubda öz payı olan 30% səhmləri 672 milyon avroya razılaşıb.
"Mən "Arsenal" futbol klubunda olan səhmlərimi satmağı qərara aldım. Bu klub dünyanın ən yaxşısı ola bilər. Mən bu möhtəşəm komandaya, həyat və karyerasını bu kluba bağlayan hər kəsə böyük uğurlar arzulayıram" - deyə Usmanov mətbuata məlumat yayıb.
Qeyd edilir ki, Usmanovun payını klubun nəzarət paketinin sahibi Sten Kronk alacaq.