“Mançester Siti” Paketa ilə anlaşa bilər

ESTAFET/ “Mançester Siti” “Vest Hem”in 26 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçisi Lukas Paketa ilə müqavilə bağlamaq niyyətindədir.
Bu məqamda “şəhərlilər”in bir şərti var, belə ki, İngiltərə Futbol Assosiasiyası (The FA) transfer pəncərəsi bağlanmazdan əvvəl mərc oyunları qaydalarının pozulması ilə əlaqədar oyunçu haqda araşdırmasını dayandırsın.
Paketanın müqaviləsində digər klubların onu qarşıdan gələn iyun ayından etibarən 85 milyon funt-sterlinq (99,4 milyon avro) məbləğində almasına imkan verən maddə var.
Xatırladaq ki, Paketa bu mövsümün əvvəlində mərc oyunları qaydalarını pozmaqda şübhəli bilinirdi.
