BATE “Qarabağ”la cavab matçının hazırlığına başladı
ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Bakıdakı səfər oyunundan sonra istirahətə buraxılan Belarusun BATE klubu bu gün yenidən bir araya gəlib. Borisov klubunun rəsmi saytının məlumatına görə, komanda baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında cavab matçının hazırlıqlarına start verib.
Qeyd edək ki, BATE - "Qarabağ" oyunu avqustun 14-də "Borisov Arena"da keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda Belarus klubu 1:0 hesablı qələbə qazanıb.