"Lester" Türkiyə yığmasının oyunçusunu transfer etdi

ESTAFET/ İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Premyer Liqa təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, klub Türkiyə yığmasının üzvü Çağlar Söyüncünü heyətinə qatıb. 

 

Almaniyanın “Frayburq” klubundan transfer edilən futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

İngiltərə mətbuatının iddiasına görə, “Lester Siti” Almaniya klubuna 21 milyon avro təzminat ödəyəcək.

 

Söyüncü geridə qalan mövsümdə “Frayburq”la 30 oyuna çıxıb. 22 yaşlı futbolçu Bundesliqa təmsilçisinə 2016-cı ildə Türkiyənin “Altınordu” klubundan transfer edilmişdi. Bu üzdən də “Lester Siti”nin ödəyəcəyi transfer məbləğinin 25 faizi məhz müdafiəçini yetişdirən Türkiyə klubuna çatacaq. 

Müəllif: Natiq NƏSİROV