İlk turu kimlər şərh edəcək?
ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında ilk turun şərhçiləri bəllidi. Bu gün saat 20:00-da "Dalğa Arena"da start götürəcək “Sumqayıt” – “Neftçi” görüşünü Elnur Məmmədli şərh edəcək.
Sabah “Qəbələ” – “Səbail” qarşılaşmasının şərhçisi Rüstəm Əfsərli olacaq. Qəbələdəki matç saat 19:00-da başlayacaq. Bundan 2 saat sonra “İnter Arena”da keçiriləcək “Keşlə” – “Sabah” oyununu Şəmsəddin Abbasov şərh edəcək.
Xatırladaq ki, avqustun 10-da keçirilməli olan “Qarabağ” – “Zirə” qarşılaşması təxirə salınıb.