"Qarabağ" sınaqdan çıxa bilmədi
ESTAFET/ Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsi çərçivəsində Belarusun BATE klubu ilə mübarizə aparırdı.
Xatırladaq ki, “Qarabağ” bu rəqibinə qarşı Bakıda keçirdiyi ilk oyunda 0:1 hesabıyla uduzub. Bu üzdən də Ağdam klubu mərhələ adlamaq üçün səfərdə mütləq qələbə qazanmalı idi. Lakin qarşıya qoyulan vəzifənin öhdəsindən gəlinməyib.
Qeyd edək ki, bu cütün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valyur" (İslandiya) cütünün qalibi ilə mübarizə aparacaq.
UEFA Çempionlar Liqas, 2018/2019 mövsümü
III təsnifat mərhələsi, cavab oyunu
14 avqust 2018
BATE - Qarabağ 1:1
Qollar: İvaniç 20 : Miçel 54
Qırmızı vərəqə: Emeqara 77 (Qarabağ, 2-ci sarı)
İlk oyun – 1:0
Hakimlər: Andris Treymanis, Harald Qudermanis, Aleksey Spasyonņikov, Aleksandr Qolubev (Hamısı Latviyada).
Borisov. “Borisov Arena”.
BATE: 48. Denis Şerbitski, 4. Aleksandr Filipoviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Siqneviç, 17. Aleksey Rios, 21. Yeqor Filipenko, 22. İqor Staseviç (k), 25. Dmitri Baqa, 42. Maksim Volodko.
Ehtiyat oyunçular: 35. Anton Çiçkan, 7. Yevgeni Beryozkin, 11. Aleksandr Qleb, 15. Maksim Skaviş, 23. Zaxar Volkov, 24. Yasse Tuominen, 62. Mixail Qordeyçuk.
Baş məşqçi: Aleksey Baqa.
Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.