Seneqallı hücumçu rəsmən “İnter”də

ESTAFET/ İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Milan təmsilçisi Fransanın “Monako” klubunun seneqallı hücumçusu Keyta Baldeni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

İtalyanlar 23 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürüblər. Lakin “İnter” mövsüm bitəndən sonra 30 milyon avro ödəməklə Keytanı birdəfəlik transfer etmək hüququ da qazanıb.

 

Balde peşəkar karyerasına məhz İtaliyada, “Latsio” klubunda başlayıb. O, ötən mövsüm transfer olunduğu “Monako”da 33 oyuna çıxıb, 8 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb. 

 

Mənbə: Sport24

Müəllif: Orxan NOVRUZOV