Fransa klubundan 10 milyon avroluq transfer
ESTAFET/ Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Liqa 1 təmsilçisi Lion “Olimpik”inin gənc hücumçusu Mizyan Maolidanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər 5 illik müqaviləyə imza atıblar. 19 yaşlı futbolçunun transferi 10 milyon avroya başa gəlib. Lion təmsilçisi bonus olaraq daha 3 milyon avro əldə edə bilər.
Maolida peşəkar karyerasına məhz “Olimpik”də başlayıb. O, ötən mövsüm bu komandanın heyətində 22 rəsmi oyuna çıxıb, 3 qola imza atıb.