Vurğunun cəzası bəlli oldu
ESTAFET/ AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərar qəbul olundu.
Topaz Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).