"Fənərbaxça" yenə ÇL-dən kənarda qaldı
ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Keçirilən 10 cavab qarşılaşmasından sonra ÇL-in və AL-nin play-off mərhələsinə vəsiqə qazanacaq bütün kollektivlərin adına aydınlıq gəlib.
Azərbaycan çempionu “Qarabağ” da növbəti mərhələyə vəsiqə uğrunda ilk oyunda minimal hesabla uduzduğu Belarus BATE-si ilə mübarizə aparıb. Mübarizənin yekununda belaruslar ÇL-də, ağdamlılar AL-də yollarına davam edəcəklər.
UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü
III təsnifat mərhələsi, cavab oyunları
14 avqust 2018
Dinamo (Kiyev, Ukrayna) - Slaviya (Praqa, Çexiya) 2:0
İlk oyun - 1:1
BATE (Belarus) - Qarabağ (Azərbaycan) 1:1
İlk oyun - 1:0
Spartak (Moskva, Rusiya) - PAOK (Yunanıstan) 0:0
İlk oyun - 2:3
AEK (Yunanıstan) - Seltik (Şotlandiya) 2:1
İlk oyun - 1:1
Dinamo (Zaqreb, Xorvatiya) - Astana (Qazaxıstan) 1:0
İlk oyun - 2:0
Fənərbaxça (Türkiyə) - Benfika (Portuqaliya) 1:1
İlk oyun - 0:1
Videoton (Macarıstan) - Malmö (İsveç) 0:0
İlk oyun - 1:1
Şkendiya (Makedoniya) - Zalsburq (Avstriya) 0:1
İlk oyun - 0:3
Ayaks (Hollandiya) - Standard (Belçika) 3:0
İlk oyun - 2:2
Spartak (Trnava, Slovakiya) - Srvena Zvezda (Serbiya) 1:2
İlk oyun - 1:1