Qızlarımız məğlubiyyətin əvəzini çıxdılar

ESTAFET/ Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.

 

Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşan yığmamız 1:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Nigar Mirzəliyeva fərqlənib.


Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də baş tutan oyunda Belarus yığması eynihesabla qalib gəlib. 

Müəllif: Natiq NƏSİROV