Play off-un bütün cütləri
ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütlükləri müəyyənləşib. Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 12 klub mübarizə aparacaq.
Pley-off mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü
Pley-off mərhələsi
Çempionlar Yolu
Srvena Zvezda (Serbiya) - Zalsburq (Avstriya)
BATE (Belarus) - PSV (Hollandiya)
Yanq Boyz (İsveçrə) - Dinamo (Zaqreb, Xorvatiya)
Videoton (Macarıstan) - AEK (Afina, Yunanıstan)
Liqa Yolu
Benfika (Portuqaliya) - PAOK (Yunanıstan)
Ayaks (Hollandiya) - Dinamo (Kiyev, Ukrayna)