“Zirə” - “Keşlə” görüşünün yeri dəyişdirildi

ESTAFET/ Futbol üzrə Azzərbaycan Topaz Premyer Liqasının II turunun “Zirə” – “Keşlə” görüşünün yeri dəyişdirilib.

 

Əvvəlcədən “Dalğa Arena”ya təyin edilən görüş “AZAL Arena”da reallaşacaq. “Dalğa Arena”nın ot örtüyünün yüklənməsinin qarşısını almaq, milli komandaların qarşıdakı oyunlarını, “Zirə”nin müraciətini və “Keşlə”nin razılığını rəhbər tutan PFL matçın yerinin dəyişdirilməsinə qərar verib.

 

Belə ki, II turun “Zirə” – “Keşlə” oyunu 18 avqust saat 20:30-da “AZAL Arena”da başlanacaq.  

Müəllif: Natiq NƏSİROV