"Qəbələ" ilə oyunun hazırlığı davam edir

ESTAFET/ "Neftçi” klubu futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 2-ci turunda qarşılaşacağı "Qəbələ” klubu ilə oyunun hazırlığını davam etdirir. Komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib. Hazırlıq prosesində zədəli Ruslan Abışov, Rəşad Eyubov və Soni Mustivardan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

 

Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçirəcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV