İlk turun rəmzi komandası müəyyənləşib

ESTAFET/ “İnStat” şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün ilk turunun rəmzi komandası müəyyənləşib.

 

Rəmzi komandada "Qəbələ"nin 5, "Neftçi"nin isə 4 futbolçusu yer alıb. Hərəyə 1 futbolçu ilə "Keşlə" və "Sabah" da ilk turun seçilənlərindən olublar. 

Qapıçı: Səlahət Ağayev (“Neftçi”)
Müdafiəçilər: Anton Krivotsyuk (“Neftçi”) Kərim Diniyev (“Sabah”), Azər Salahlı (“Keşlə”), İlqar Qurbanov (“Qəbələ”)
Yarımmüdafiəçilər: Təmkin Xəlilzadə, Sabien Lilay, Lalavele Atakora (hamısı “Qəbələ”), Emin Mahmudov (“Neftçi”)
Hücumçular: Ceyms Adeniyi (“Qəbələ”), Mirabdulla Abbasov (“Neftçi”) 

Müəllif: Natiq NƏSİROV