"Çatışmayan cəhətimiz odur ki...": Aftandil Hacıyev
ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 2-ci turunda “Qarabağ” “Səbail”in qonağı olub. Oyundan sonra keçirilən mətbuat konfransında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavabladırıb. O, əvvəlcə matç haqda danışıb:
"Legionerlərimiz son iki həftədir bizə qoşulub. Çatışmayan cəhətimiz odur ki, komada birlikdə çox az oynayıb. Bu oyunda deməzdim ki, istədiyimiz tam alınmadı. "Qarabağ" kimi komadaya qarşı oyunda bir neçə qol epizodu yaxaladıq. Oyundan-oyuna hiss edirəm ki, müsbətə doğru dəyişiklik var. Sadəcə, itkilərimiz var, zədəli oyunçularımmz var. Çempionatın əvvəlləridir. Təqvim də hələ ki, bizim üçün uğrsuzdu. Güclü komandalarla qarşılaşmışıq. Gələcəkdə daha yaxşı olacağını düşünürəm".