"Qarabağ"ın prezidentinə yeni vəzifə verildi
ESTAFET/ "Qarabağ" klubunun prezidenti Abdulbari Gözələ yeni vəzifə verilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
"Azərsun Holding”in rəhbəri olan A. Gözəl nazirliyin Aqrar Məşvərət Şurasının sədri seçilib. O, yeni yaradılan bu şuraya sədr vəzifəsinə seçkilərdə iştirakçıların yekdil səsini qazanıb. Həmin toplantı kənd təsərrüfatı naziri İnam Kərimovun yanında keçirilib.