Gimnastlarımız “Challenge” seriyasına aid Dünya Kuboklarının qalibi oldu

ESTAFET/ Bu gün, Kazanda (Rusiya) bədii gimnastika üzrə Dünya Çempionatı öncəsi (11-16 sentyabr, Sofiya, Bolqarıstan) "Challenge” seriyasına aid sonuncu Dünya Kuboku öz işinə yekun vurdu.


Turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova 2 ip və 3 topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə 7-ci yerdə (19.750 xal) qərarlaşıblar.


Qeyd edək ki, il ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya Kuboklarının yekun xallarına əsasən Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış 2 ip və 3 topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq, qalib olublar. 

Müəllif: Orxan NOVRUZOV