Millimizin rəqibinin heyətində dəyişiklik

ESTAFET/ Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk rəqibi olan Kosovo yığmasının heyətində dəyişiklik edilib. Xorvatiyanın "Hayduk" klubunda forma geyinən Ardian İsmayli əsas millidən ayrılaraq U-21-in heyətinə cəlb olunub. Onun əvəzinə "Brondbü"dən (Danimarka) Besar Halimi əsas yığmaya qoşulub.

 

Bu barədə Kosovo Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, Kosovonun U-21 millisi də Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın U-21 yığmasının rəqiblərindən biridi. 

Müəllif: Məsim MƏSİMZADƏ