"Nyukasl"ın futbolçusu millimizlə oyunu buraxacaq
ESTAFET/ İsveç millisinin müdafiəçisi Emil Kraft zədə səbəbindən UEFA Millətlər Liqasında Azərbaycana qarşı oyunu buraxacaq.
Onu Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"la qarşılaşmış Bolqarıstanın "Ludoqorets" klubunun 24 yaşlı müdafiəçisi Edvin Kurtuluş əvəzləyib.
İsveç millisi bu gün Stokholmda təlim-məşq toplanışına başlayır.
Qeyd edək ki, skandinaviyalılar sentyabrın 5-də Bakıda Azərbaycan millisi ilə görüşəcək. (ProSport)