2-Cİ AVROPA OYUNLARININ MƏKANI BİLİNDİ

ESTAFET/ Dünəndən etibarən Belarusun paytaxtı Minsk şəhərində Avropa Olimpiya Komitəsinin 45-ci Baş Assambleyası öz işinə başlayıb. Assambleyanın iclasında duran əsas məsələlərdən biri 2-ci Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin seçilməsi idi. Keçirilən səsvermə nəticəsində Minsk şəhəri bu hüquqa yiyələnib.

 

İclasda çıxış edən Belarus Respublikasının və Belarus Olimpiya Komitəsinin prezidenti Aleksandr Lukaşenko çıxış edib: "Belarusun 2019-cu ildə 2-ci Avropa Oyunlarını keçirməyə hazır olduğunu elan etməkdən məmnunam. Belarus müasir infrastruktur və imkanlara malikdir ki, ən yüksək səviyyədə beynəlxalq müsabiqələri həyata keçirsin".