PEVTSOV DÜNYA KUBOKUNDA 4-CÜ OLDU

ESTAFET/  Beynəlxalq Triatlon İttifaqının (ITU) bayrağı altında Koreyanın Tongyeong şəhərində növbəti Dünya Kuboku keçirilib. Kubokun bu mərhələsində ispan Uksio Abuin Ares hamıdan sürətli olduğunu sübut edib - 53 dəqiqə 39 saniyə.

 

3 triatlonçu isə eyni vaxtda finişə 2-ci çatıb.  Belə ki, qalibdən cəmisi 1 saniyə geriqalma ilə Metyu Makelroy (ABŞ), Vladimir Turbayevskiy (Rusiya) və təmsilçimiz Rostislav Pevtsov 53 dəqiqə 40 saniyəlik vaxt göstəricisi ilə yarışı tamamlayıblar. Lakin əlavə göstəricilərə görə, təmsilçimiz mükafatçılar sırasına düşə bilməyib və mərhələni 4-cü yerdə bitirib.