Millimiz Malta ilə də bacarmadı - Millətlər Liqası
ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turun oyunlarına start verilib. Azərbaycan yığması da bu gün sözügedən turnirdə növbəti matçına çıxıb. Milimiz səfərdə Malta ilə qarşılaşırdı.
Bir neçə gün öncə Bakıda Kosovo ilə bərabərə qalan (0:0) futbolçularımız bu oyunda da azarkeşləri qələbə ilə sevindirməyi bacarmayıb. İlk hissədə vurulan qarşılıqlı qollardan sonra qapılara yol tapmayan komandalar yekunda meydandan sülhlə ayrılıblar.
UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup
10 sentyabr 2018
Malta - Azərbaycan 1:1
Qollar: Andrey Aqius 10 (p.) : Təmkin Xəlilzadə 26
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milovan Cukiç, Yoviça Tatar
Dördüncü hakim: Aleksandar Cikanoviç
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (Hamısı Çernoqoriya).