İtaliya Qran Prisi 2018 - Formula 1

ESTAFET/ Formula 1 üzrə 2018-ci il Dünya çempionatında mövsümün 14-cü mərhələsi olan İtaliya Qran Prisinə yekun vurulub. Monza trasında azarkeşlər mövsüm boyu davam edən amansız "Ferrari" - "Mercedes" mübarizəsinə şahidlik ediblər.      

 

FORMULA 1: GRAN PREMIO HEINEKEN D'ITALIA 2018

Tarix

Trass

 Dövrə uzunluğu 

 Dövrə sayı 

Məsafə

01-02.09.2018 

 Monza 

5 793 m

53

 306 720 km 

BULUDLU, QURU. HAVA +21...+22 C, TRASS +28...+33 C


Ötən Belçika mərhələsində "Ferrari"nin qələbəsindən sonra italyan azarkeşlər doğma komandalarını öz meydanında əsas favrit kimi görürdülər. Lakin mübarizənin yekununda mərhələnin qalibi adını "Ferrari"nin əsas rəqibi "Mercedes"li pilot qazanıb.

 

Britaniyalı son dünya çempionu Luis Hemilton çox sürətli olduğunu burada bir daha sübut edib. Belə ki, o 1:16:54.484 vaxt göstəricisi ilə podiumun zirvəsində qərarlaşıb. Onun komanda yoldaşı fin Valtteri Bottas +8.705 vaxt geriliyi ilə üçüncü sırada qərarlaşıb. İkinci pilləni "Ferrari"də olan başqa bir fin pilot Kimi Raykkonen (+14.066) tutub.   

 

 

Mərhələnin ən yaxşı dövrəsini "Mercedes"in britaniyalı pilotu Luis Hemilton edib: 1:22.497 (30-cu dövrədə 252.794 km.s) 

 

 Yürüşün nəticələri 
 №   Pilot   Komanda   Vaxt   Sürət   Pit 
 1   Hemilton  Mercedes  1:16:54.484  221.157  1 
 2   Raykkonen  Ferrari  +8.705  220.670  1 
 3   Bottas  Mercedes  +14.066  219.782  1 
 4   Fettel  Ferrari  +16.151  218.172  2 
 5   Ferstappen *  Red Bull  +18.208  218.068  1 
    Qrojan **  Haas  +56.320  217.704  1 
 6   Okon  Racing Point  +57.761  217.430  1 
 7   Peres  Racing Point  +58.678  217.358  1 
 8   Sayns  Renault  +78.140  216.583  1 
 9   Stroll  Williams  +1 dövrə  215.914  1 
 10   Sirotkin  Williams  +1 dövrə  215.380  1 
 11   Lekler  Sauber  +1 dövrə  215.276  1 
 12   Vandorn  McLaren  +1 dövrə  215.181  1 
 13   Hyulkenberq  Renault  +1 dövrə  214.501  1 
14  Qasli  Toro Rosso  +1 dövrə  214.236 1
15  Erikson  Sauber  +1 dövrə  233.269 2
16  Maqnussen  Haas  +1 dövrə  230.589 1
 
 * Sirotkinlə insidentə görə Bottasın nəticəsinə 5 saniyə əlavə edilib. 
** Texniki reqlamenti pozduğu üçün Qrojan protokollardan xaric edilib
 
Mübarizəni dayandıranlar
 Pilot   Komanda   Dövrə   Səbəb
 Hartli  Toro Rosso  0   Qəza
 Alonso  McLaren  8   Elektrik/Yanğın
 Rikkardo  Red Bull 24  Mufta
 
 
MÖVSÜMÜN 14-CÜ MƏRHƏLƏSİNDƏN SONRA SIRALAMALAR
 
Şəxsi birincilik - TOP 10
    Sürücü   Ölkə   Komanda   Xal 
 1   Luis Hemilton  GBR   Mercedes AMG Petronas  256 
 2   Sebstyan Fettel  GER   Scuderia Ferrari  226 
 3   Kimi Raykkonen FIN  Scuderia Ferrari  164 
 4   Valtteri Bottas FIN  Mercedes AMG Petronas  159 
 5   Maks Ferstappen NED  AM Red Bull Racing  130 
 6   Daniel Rikkardo AUS  AM Red Bull Racing  118 
 7   Niko Hyulkenberq GER  Renault Sport F1 Team  52 
 8   Kevin Maqnussen DEN  Haas F1 Team  49 
 9   Serxio Peres MEX  Racing Point Force India  46 
 10   Esteban Okon FRA  Racing Point Force India  45 
 
 
Mühəndislər Kuboku - TOP 5
 №   Komanda   Mühərrik   Xal
 1  Mercedes AMG Petronas  Mercedes  415 
 2  Scuderia Ferrari  Ferrari   390 
 3  AM Red Bull Racing  Renault   248 
 4  Renault Sport F1 Team  Renault    86 
 5  Haas F1 Team  Ferrari    76 

 

   

Müəllif: Natiq NƏSİROV