“Sportinq” - “Qarabağ” matçı fransız hakimlərə tapşırıldı

ESTAFET/ Azərbaycan çempionu “Qarabağ”ın futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Ağdam klubu ilk turda səfərdə Portuqaliya “Sportinq”i ilə qarşılaşacaq. UEFA bu görüşü Fransadan olan hakimlər briqadasına həvalə edib.

 

Qarşılaşmanın baş hakimi Fransua Leteksiye olacaq. Ona yan xətt hakimləri Kiril Munye və Mehdi Rahmoni kömək edəcək. Dördüncü hakim funksiyasını Bertrand Juanno yerinə yetirəcək. Frank Şneyderlə Kərim Abed isə əlavə köməkçi hakim olacaq.

 

Matçın hakim-inspektoru bosniya və herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipek təyin olunub.

 

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Müəllif: Orxan NOVRUZOV