İrina Zaretska A seriyasından mükafatsız qayıdır

ESTAFET/ Karateçimiz İrina Zaretskanın (68 kq) Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 turnirlərindən A Seriyasında çıxışı uğursuz alınıb.
İlk görüşdə yerli idmançıya qalib gələn ukraynalı legioner növbəti qarşılaşmada Venesuela karateçisinə məğlub olub. Rəqib finala yüksəlmədiyindən, Zaretska təsəlliverici görüşlərə qatışlmaq imkanından da məhrum olub.
Mövsümün dörd A seriya turnirlərindən Çilinin paytaxtı Santyaqo şəhərində üçüncü yarışda 68 ölkədən 879 idmançı iştirak edib. Milliu komandamızın növbəti yarışı oktyabrın ortaları Yaponiyada daha mötəbər Karate1 Premyer Liqa turniri olacaq.
