Dünya çempionatının bayrağının ötürülməsi mərasimi keçirilib

ESTAFET/ Bakıda cüdo üzrə dünya çempionatının bayrağının ötürülməsi mərasimi keçirilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev mundialın bayrağını Yaponiya Cüdo Federasiyasının rəhbəri Yasuxiro Yamasitaya təqdim edib.

 

Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də iştirak edib.

 

Qeyd edək ki, cüdo üzrə 2019-cu il dünya çempionatı Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV