V turun ən yaxşısı Abdullah Zubir olub

ESTAFET/ “İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün V turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir. “Qəbələ”yə qarşı keçirilən oyunda fransalı 2 qolun müəllifi olub. Araşdırmalara əsasən Zubir turun ən yüksək indeksə malik olan futbolçusudur. 

Müəllif: Natiq NƏSİROV