"Neftçi" və "Qarabağ"dan quru hesablı qələbələr

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 6-cı tura start verilib. Turun ilk oyun günündə iki görüş baş tutub.

 

İlk olaraq, "Bakcell Arena"da “Neftçi” “Səbail”i sınağa çəkib. Meydan sahibləri bu görüşdə 4 cavabsız qolla qalib gəliblər.

 

Günün digər matçında isə son çempion “Qarabağ” debütant “Sabah”la qarşılaşıb. Ağdam klubu ikinci hissədə vurduğu qollar sayəsində inamlı qələbəyə sevinib.

 

Topaz Premyer Liqası, 20158/2019 mövsümü
6-cı turun oyunları


29 sentyabr 2018

 

Neftçi - Səbail 4:0
Qollar: Dario Frederiko 7, 42, Baqali Dabo 25, 69
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov.
8-ci km stadionu

 

Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 93. Soni Mustivar, 6. Qoran Paratski, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 33. Ricat Qarayev, 4. Rəşad Eyubov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 37. Vüsal Əsgərov, 11. Kvame Karikari.
Məşqçi: Fizuli Məmmədov.
Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 22. Edqar Paçeko, 26. Kamal Qurbanov, 28. Kevin Kubemba, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 33. Tome Kitanovski, 16. İqor Korotetski, 27. Emil Martinov, 5. Vüqar Bəybalayev, 11. Ruslan Qurbanov, 17. Elçin Rəhimli, 88. Orxan Qurbanlı, 36. Hikmət Verdiyev.
Baş məşqçi: Aftandil Hacıyev.

 

 

Sabah - Qarabağ 0:2
Qollar: Markus Madera 82, İnnoset Emeqara 88
Matçın 50-ci dəqiqəsində F.Ozobiç penaltidən yararlana bilməyib (qapıçı)
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov.
Masazır. “Əlincə Arena”

 

Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 8. Elşən Abdullayev, 9. Marko Deviç, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 15. Erik Ramos, 21. Novruz Məmmədov, 25. Vanderson Silva, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 19. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 88. Elçin Əsədov, 6. Vadim Abdullayev, 2. Ülvi İbazadə, 11. Elgün Nəbiyev, 3. Elvin Bədəlov, 7. Vitali Kvaşuk.
Baş məşqçi: Elşad Əhmədov.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 22. Rövlan Muradov, 25. Ansi Aqolli, 28. Con Delarj, 91. Coşqun Diniyev, 14. Rəşad Sadıqov.
Baş məşqçi: Qurban Qurbanov. 

Müəllif: Məsim MƏSİMZADƏ