Medal şansı tamamən itirildi

ESTAFET/ Batumidə (Gürcüstan) təşkil olunan 43-cü Şahmat Olimpiadasında bu gün 10-cu turun qarşılaşmaları keçirilir. Ardıcıl iki məğlubiyyət alan kişilərdən ibarət yığmamız Olimpiadanın medallarına iddia etmək üçün bu gün mütləq Ukrayna yığmasını məğlub etməli idi. Lakin şahmatçılarımız bu görüşü də məğlub başa vurublar.
Azərbaycan - Ukrayna 1,5:2,5
Şəhriyar Məmmədyarov (2820) Vasiliy İvançuk (2710) 0,5:0,5
Pavel Elyanov (2703) - Teymur Rəcəbov (2751) 0,5:0,5
Arkadi Naydiç (2721) - Yuriy Krivoruçko (2695) 0:1
Ruslan Ponamaryov (2681) - Rauf Məmmədov (2699) 0,5:0,5
Turnir cədvəlində əlverişli mövqedə olan qadınlardan ibarət millimizi bu gün çox çətin və prinsipal bir qarşılaşma gözləyirdi. Belə ki, bu tur rəqibimiz Ermənistan yığması idi. Qarşılaşma bərabərliklə başa çatıb.
Azərbaycan - Ermənistan 2:2
Günay Məmmədzadə (2438) - Elina Danielyan (2405) 0,5:0,5
Lilita Mkrtçyan (2384) - Zeynəb Məmmədyarova (2358) 0,5:0,5
Xanım Balacayeva (2326) - Anna Sarqsyan (2331) 0,5:0,5
Mariya Kursova (2289) - Gülnar Məmmədova (2355) 0,5:0,5

