Qrizmann ÇL-nin tarixinə düşdü

ESTAFET/ “Atletiko”nun fransız forvardı Antuan Qrizmann futbol üzrə UEFA Çempionlar Liqasının tarixinə düşüb. Futbolçu ÇL-nin qrup mərhələsi çərçivəsində “Brügge”yə vurduğu qolla bu turnirdə qeydə alınan 8000-ci topun müəllifinə çevrilib. Bu barədə UEFA-nın saytı məlumat yayıb.

 

Xəbərdə Qrizmannın “Brügge” ilə matçın 67-ci dəqiqəsində hesabda “Atletiko”nu önə keçirən qolunun 8000-ci olduğu bildirilib.

 

ÇL tarixinin 6000-ci qolunu Mario Götse (Dortmund, Borussiya), 7000-ci qolu isə Anxel Di Maria (PSJ) vurub.

 

“Atletiko” - “Brügge” matçı ev sahiblərinin 3:1 qələbəsi ilə başa çatıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV