Şeydayev üçün yeni baş məşqçi

ESTAFET/ Futbol üzrə milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov”da baş məşqçi dəyişikliyi baş verib. Rusiya mətbuatının məlumatına görə, Premyer Liqa təmsilçisi Andrey Tixonovu komandadan uzaqlaşdırıb. Onu əvəz edəcək mütəxəssis isə artıq müəyyənləşib.

 

Klub rəhbərliyi monteneqrolu Miodraq Bojoviçlə 2,5 illik razılıq əldə edib. Almaniyada olan 50 yaşlı çalışdırıcının bu gün Samaraya yollanacağı bildirilir. 

 

Xatırladaq ki, Rusiya Bojoviç üçün heç də yad məkan deyil. Belə ki, monteneqrolu mütəxəssis karyerası ərzində bu ölkənin “Amkar”, “Moskva”, “Dinamo”, “Rostov”, “Lokomotiv” və “Arsenal” klublarında baş məşqçi funksiyasını yerinə yetirib. Son iş yeri isə Serbiyanın "Srvena Zvezda" klubu olub. bu klubla o son Serbiya çempionatının qalibi olub. 

Müəllif: Natiq NƏSİROV