Həbib Konorun özünü və səsini boğdu

ESTAFET/ Nəhayət ki, bu gün səhər saatlarında döyüş azarkeşlərinin səbirsizliklə gözlədikləri döyüş baş tutub. Belə ki, ABŞ-ın Las-Veqas şəhərində UFC çempionları - irlandiyalı boksçu Konor Makqreqor və rusiyal samboçu Həbib Nurməhəmmədov arasında döyüş keçirilib. 

 

Şəhərin "T-Mobile" Arenasında keçirilən UFC 229 turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə Dağıstandan olan avar əsilli Nurməhəmmədov rəqibinə heç bir şans verməyib. 

 

İlk 3 raundda rəqibindən açıq-aşkar üstün olan Həbib 4-cü raundda hakimləri onun qələbəsini qeydə almağa məcbur edib. O, həmin raundda Konoru boğucu fəndə salıb və bundan sonra irlandiyalı təslim olub. Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub. 

Müəllif: Natiq NƏSİROV