"Real" və "Barselona" yenə xal itirdilər: La Liga - VIII tur
ESTAFET/ Futbol üzrə İspaniya La Liqasında bazar günü keçirilən 5 qarşılaşma ilə 8-ci turun oyunlarına yekun vurulub.
Şənbə günü "Real"ın "Alaves" səfərindən məğlubiyyətlə dönməsinin ardından, "Barselona" da xal itkisi ilə üzləşib. Belə ki, Valensiya səfərində şəhərin eyniadlı komandası ilə görüşdə katalonlar 1 xalla kifayətlənməli olublar.
İspaniya La Liqası, 2015/2019 mövsümü
8-ci turun oyunları
5 oktyabr 2018
Atletik - Real Sosyedad 1:3
Qollar: Muniain 32 : Oyarzabal 30 (p.), 74 (p.), Fuentes 47
6 oktyabr 2018
Jirona - Eybar 2:3
Qollar: Stuani 40, 42 : Çarles 12 (p.), Arbilya 45, Enrix 72
Xetafe - Levante 0:1
Qol: Bardi 60
Alaves - Real 1:0
Qol: Qarsiya 90
Leqanes - Rayo Valyekano 1:0
Qol: Karrilyo 14
7 oktyabr 2018
Valyadolid - Hueska 1:0
Qol: Alkaras 28
Atletiko - Betis 1:0
Qol: Korrea 74
Espanyol - Vilyarreal 3:1
Qol: Peres 7, Darder 79, Piatti 90 : Ekambi 45
Sevilya - Selta 2:1
Qollar: Sarabia 39, Ben Yedder 61 : Bufal 85
Valensiya - Barselona 1:1
Qollar: Qaray 2 : Messi 23