"Fənərbaxça" uğursuzluq zolağından çıxa bilmir: Süperlig - VIII tur

ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqasında maraqlı keçən görüşlərlə 8-ci tura yekun vurulub. Son oyun günündə baş tutan 4 qarşılaşmadan 3-ündə qalib müəyyənləşməyib.
“Beşiktaş” “Konyaspor” səfərində son dəqiqədə buraxdığı qolla 1 xalla kifayətyənib. .
Turun mərkəzi görüşü İstanbulda baş tutub. “Fənərbaxça” doğma azarkeşləri önündə növbəti xal itkisi ilə üzləşib. “Başakşəhər”i qəbul edən "sarı-kanarya" uğursuzluq zolağında davam edir.
Türkiyə Super Liqası, 2018/2019 mövsümü
8-ci turun oyunları
5 oktyabr 2018
Kasımpaşa - Göztəpə 3:1
Qollar: Eduok 21, 47, Trezeqe 84 : Öztekin 69
6 oktyabr 2018
Kayserispor - Rizəspor 2:2
Qollar: Çeri 62 (p.), Bulut 73 : Sadane 25, Çamdali 86
Bursaspor - Ankaragücü 1:0
Qol: Meras 22
Ərzurumspor - Alanyaspor 1:0
Qol: T.Antalyalı 54
Antalyaspor - Qalatasaray 0:1
Qol: Donk 87
7 oktyabr 2018
Yeni Malatyaspor - Sivasspor 4:4
Qollar: Mina 11, Donald 67, Böyük 77, Tozlu 80 : Demir 17, Robinyo 21, 24, Arslan 75
Fənərbaxça - Başakşəhər 0:0
Akhisarspor - Trabzonspor 1:3
Qollar: Seleznyov 78 (p.) : Sosa 35, Yılmaz 44 (p.), Novak 67
Konyaspor - Beşiktaş 2:2
Qollar: Yatabare 31 (p.), Hurtado 90 : Lav 79, Lens 80

