"Qarabağ" məşqlərə başladı

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində "Arsenal"la matçdan sonra istirahətə buraxılan komanda bu gün yenidən bir araya gəlib. Komandamız oktyabrın 20-si qarşılaşacağı "Səbail"lə matçın hazırlıqlarına start verilib.

 

Milli komandaların heyətlərində yer alan futbolçularımız məşqdə iştirak etməyib. Onun əvəzində isə "Qarabağ-2"nin bir neçə üzvü əsas komandanın məşq prosesinə qoşulub. 

Müəllif: Orxan NOVRUZOV