Argentina son dəqiqədə üzüldü
ESTAFET/ Dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində növbəti yoldaşlıq oyunları keçirilib. Ən maraqlı görüşlərdən biri Cənubi Amerika nəhəngləri - Braziliya və Argentina yığmaları arasında baş tutub. Braziliyalılar Mirandanın son dəqiqədə vurduğu yeganə qolla qalib gəliblər.
Gecənin maraqlı görüşlərindən biri də Avropa təmsilçilərindən Belçika ilə Hollandiya arasında olub. Görüşdə hərəyə bir dəfə fərqlənən qonşular meydandan sülhlə ayrılıblar.
Yoldaşlıq oyunları
16 oktyabr 2018
Yaponiya - Uruqvay 4:3
Cənubi Koreya - Panama 2:2
Kambociya - Sinqapur 1:2
İndoneziya - Honq Konq 1:1
Laos - Monqolustan 1:4
Çin - Suriya 2:0
Malayziya - Qırğızıstan 0:1
Özbəkistan - Qətər 2:0
Oman - Ekvador 0:0
İran - Boliviya 2:1
Bəhreyn - Myanmar 4:1
Braziliya - Argentina 1:0
Belçika - Hollandiya 1:1
Danimarka - Avstriya 2:0
İsveç - Slovakiya 1:1