Mustivar millidə növbəti qolunu vurub

ESTAFET/ “Neftçi”nin futbolçusu Sonu Mustivar Haiti yığmasının heyətində növbəti oyununa çıxıb. Haiti CONCACAF Millətlər Liqasının seçmə mərhələsində Sent-Lusianın qonağı olub.

 

Qarşılaşmanın ilk hissəsində qapılara 3 top vurulub və Haiti meydandan 2:1 hesablı qalibiyyətlə ayrılıb. Görüşdə hesabı 13-cü dəqiqədə məhz Mustivar açıb.

 

II turda 2-ci qələbəsini qazanan Haiti 6 xalla liderliyi bölüşür. 

Müəllif: Bəhruz MƏMMƏDOV