"TeamGym" komandamız ilk dəfə Avropa Çempionatında çıxış edib

ESTAFET/ 17 oktyabr tarixində Portuqaliyanın Odivelaş şəhərində “TeamGym” üzrə 12-ci Avropa Çempionatı start götürüb.

 

İlk dəfə qatıldığımız bu çempionatda ölkəmiz gənclər yaş kateqoriyasında mübarizə aparıb. 10 nəfər gimnastdan ibarət qarışıq komandamız turniri 10-cu yerdə başa vurub.

 

Qeyd edək ki, iştirakçı ölkələr gənclər və böyüklər yaş kateqoriyasında yer alaraq, kişi, qadın və qarışıq komandalar şəklində öz güclərini sınayıblar. Bütün komandalar xalça, tumble, həmçinin trampet alətində öz çıxışlarını icra edib və üç çıxışın ümumi xal hesabı ilə yalnız ilk 6-lıqda yer alan ölkələr finala vəsiqə qazanıblar. 

Müəllif: Estafet.az