II UŞAQ PARALMPİYA OYUNLARI
ESTAFET/ Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində II Uşaq Paralimpiya İdman Oyunları təşkil olunacaq.
Turnirdə respublikanın müxtəlif regionlarını təmsil edən uşaq paralimpiyaçılar idmanın beş növü (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) üzrə güclərini sınayacaqlar. Yarışda sağlamlıq imkanları məhdud 60-dan çox uşaq mübarizə aparacaq.
Azərbaycan Milli Paralmpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq, sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb edilməsini himayəsinə götürərək, 2013-cü ilin sentyabrında Uşaq Paralimpiya Komitəsini yaradıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.