"Qəbələ" hazırlığa start verib
ESTAFET/ “Qəbələ” futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının IX turunun hazırlığına start verib. VIII turun oktyabrın 20-də “Neftçi”yə qarşı Qəbələ şəhər stadionunda keçirilən oyunundan (3:1) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gəlib.
Bu gün paytaxtda toplaşan komanda “Sumqayıt”la oktyabrın 27-də keçiriləcək görüşün hazırlığına başlayıb. “Qəbələ”nin bugünkü məşq prosesi “Bakı” FK-nın təlim-məşq bazasında keçirilib. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca meydançada toplu çalışmaları yerinə yetiriblər.
Xatırladaq ki, IX turun oktyabrın 27-də keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı “Dalğa Arena”da baş tutacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.