PSJ məğlubiyyətdən son anda qaçdı: ÇL - qrup mərhələsi

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü turun oyunlarına yekun vurulub. Son oyun günündə 8 qarşılaşma baş tutub.

 

Azərbaycanda da kifayət qədər azarkeşi olan qardaş Türkiyənin "Qalatasaray"ı doğma meydanda "Şalke"ni qəbul edirdi. Qonaqların oyunboyu üstünlüyünə baxmayaraq, Musleranın gözəl oyunu türlərə 1 xal qazandırıb. 

 

Gecənin mərkəzi görüşü İspaniyada baş tutub. Messisiz "Barselona" "İnter"lə münasibətlərinə aydınlıq gətirib. “Barsa” azarkeşləri komandalarının Messisiz necə oynayacağını səbirsizliklə gözləyirdilər. Çoxları komandanın bir oyunçudan asılı olduğunu və bu görüşdə xal itirəcəyini düşünsədə də, katalonlar inamlı qələbə qazanmağı bacarıb.

 

UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü
Qrup mərhələsi, 3-cü turun oyunları


24 oktyabr 2018

 

A qrupu

 

Brügge (Belçika) - Monako (Fransa) 1:1
Qollar: Uesli 39 : Silla 31

 

Borussiya (Dortmund, Almaniya) - Atletiko (İspaniya) 4:0
Qollar: Vitsel 38, Gerrero 73, 89, Sanço 84

 

B qrupu

 

PSV (Hollandiya) - Tottenhem (İngiltərə) 2:2
Qollar: Lozano 30, De Yonq, 87 : Moura 39, Keyn 55

 

Barselona (İspaniya) - İnter (İtaliya) 2:0
Qollar: Rafinya 32, Alba 83

 

C qrupu

 

Liverpul (İngiltərə) - Srvena Zvezda (Serbiya) 4:0
Qollar: Firmino 20, Salah 45, 51 (p.), Mane 80

 

PSJ (Fransa) - Napoli (İtaliya) 2:2
Qollar: Rui 61 (ö.q.), Di Mariya 90 : İnsinye 29, Mertens 77

 

D qrupu

 

Qalatasaray (Türkiyə) - Şalke (Almaniya) 0:0

 

Lokomotiv (Moskva, Rusiya) - Portu (Portuqaliya) 1:3
Qollar: Mirançuk 38 : Mareqa 26 (p.), Herrera 35, Korona 47 

Müəllif: Natiq NƏSİROV