Turun ən yaxşısı adına namizədlər: AL- III tur

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. UEFA-nın rəsmi saytının xəbərinə görə, AL-də 3-cü turun oyunlarından sonra ən yaxşı oyunçu adına Munas Dabbur (“Zalsburq”), Ruben Loftus-Çik (“Çelsi”), Covani Lo Çelso (“Betis”) və Mixael Frey (“Fənərbaxça”) namizəd göstərilib.

 

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV