Cüdo üzrə Bakı çempionatına start verildi
ESTAFET/ Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatına start verilib.
İki gün davam edəcək paytaxt çempionatında 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günü qadınlar arasında bütün çəki dərəcələrində (48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq) qaliblər müəyyənləşib. Müvafiq olaraq, Aynur Camalova, Gülnar Paşayeva, Şəfəq Məmmədova, Nuriyyə Axundova, Südabə Ağayeva, Mehriban İmanzadə öz çəki dərəcələrinin qalibi olublar.
Kişilərin mübarizəsində isə 66 və 81 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparıblar. Qalib adını isə müvafiq olaraq, Yaşar Nəcəfov və Əkbər Quliyev qazanıblar.