8-ci tura yekun vuruldu - I Divizion

ESTAFET/ Futbol üzrə Azərbaycan I Divizionda 8-ci tura yekun vurulub. Bu gün reallaşan son görüşdə “Sabah-2” “Zirə-2” üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qola Tural Qürbətov imza atıb. 

 

Turun daha öncə keçirilən oyunları aşağıdakı hesablarla başa çatmışdı:

Zaqatala - Sumqayıt-2 3:1
Qaradağ Lökbatan - Şüvəlan 1:3
Kəpəz - Turan Tovuz 1:3
Neftçi-2 - Səbail-2 1:1
Keşlə-2 - Qarabağ-2 3:1
MOİK - Ağsu 1:1

Müəllif: Bəhruz MƏMMƏDOV