"Barsa" "Real"a "5"lik dərs keçdi: La Liga - X tur

ESTAFET/ Futbol üzrə İspaniya La Liqasında 10-cu turun oyunlarına yekun vurulub. İlk oyun günü baş tutan "Valyadolid" - "Espanyol" görüşü sülhlə başa çatıb.

 

İkinci oyun günündə Madrid "Atletiko"su "Real Sosyedad"ı evə əliboş göndərib.

 

Turun mərkəzi qarşılaşması olan, tək İspaniya futbolsevərlərinin deyil, bütün dünya futbolsevərlərinin səbirsizliklə gözlədiyi oyun - "El Klassiko" Kataloniyada keçirilib. “Barselona” əzəli rəqibi “Real”ı qəbul edirdi. "Nou Kamp"da baş tutan görüşdə kataloniyalılar rəqibi meydana çıxmağa peşman edib. 

 

İspaniya La Liqası, 2018/2019 mövsümü
10-cu turun oyunları


26 oktyabr 2018

 

Valyadolid - Espanyol 1:1
Qollar: Verde 90 : İqlesias 20

 

27 oktyabr 2018

 

Jirona - Rayo Valyekano 2:1
Qollar: Portu 34 (p.), 45 : Qalves 61

 

Atletik - Valensiya 0:0

 

Selta - Eybar 4:0
Qollar: Aspas 5, 36, 82, Mendes 56

 

Levante - Leqanes 2:0
Qollar: Marti 14, Roşina 90

 

Atletiko - Real Sosyedad 2:0
Qollar: Qodin 45, Luis 60

 

28 oktyabr 2018

 

Xetafe - Betis 2:0
Qollar: Molina 60, Fulke 62

 

Barselona - Real 5:1
Qollar: Koutinyo 11, Suares 30 (p.), 75, 83, Vidal 87 : Marselo 50

 

Alaves - Vilyarreal 2:1
Qollar: Kalyeri 51, Baston 90 : Moreno 10

 

Sevilya - Hueska 2:1
Qollar: Sarabia 65, 78 : Pulido 90

Müəllif: Natiq NƏSİROV