Azərbaycanlı futbolçu Rusiyada ən yaxşı seçildi

ESTAFET/ Futbol üzrə Rusiya Premyer Liqasında XII turun ən yaxşı futbolçusu müəyyənləşib. Yerli mətbuatın məlumatına görə, “Rostov”un yarımmüdafiəçisi Ayaz Quliyev hamını qabaqlayaraq, ən yaxşı adına layiq görülüb.

 

Bu, “InStat Index”in hazırladığı reytinqə əsasən məlum olub. “Anji” üzərində qələbədə (1:0) komandasına kömək olan azərbaycanlı futbolçu 361 balla birinci olub. Onu Moskva “Lokomotiv”inin hücumçusu Antonio Eder (357 bal) və “Dinamo”nun müdafiəçisi Sebastian Holmen (341 bal) izləyib.

 

Cari mövsümün ümumi reytinqinə isə MOİK-in yarımmüdafiəçisi Nikola Vlaşiç (311 bal) başçılıq edir. “Lokomotiv”in yarımmüdafiəçisi Manuel Fernandeş (297) və “Zenit”li Leandro Paredes isə (295) növbəti yerləri tuturlar. 

 

Mənbə: Matç

Müəllif: Estafet.az