"Milan"da növbəti ciddi itki
ESTAFET/ İtaliyanın “Milan” klubu daha bir ciddi itki ilə üzləşib. İtaliya mətbuatının məlumatına görə, yarımmüdafiəçi Lukas Bilya sıradan çıxıb.
Əzələsində ağrılar hiss edən argentinalı futbolçu bu gün tibbi müayinədən keçib. Nəticədə zədənin ciddi olduğu aşkarlanıb. Həkimlər 32 yaşlı futbolçunun bir ay komandadan ayrı qalacağını açıqlayıb. Lukas Bilya bu mövsüm A seriyasında 9 matçda iştirak edib.
Daha öncə komandanın müdafiəçisi Mattia Kaldara zədə səbəbindən sıradan çıxmışdı.