Millimiz mundiala 7 atletlə yola düşür

ESTAFET/ 1-10 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində kişilər və qadınlar arasında ağır atletika üzə dünya çempionatı keçiriləcək. Aşqabad Olimpiya Kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparacaq. Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər.

 

Komandamız mundialda aşağıdakı atletlərlə mübarizə aparacaq:

 

Məhəmməd Məmmədli (61 kq), Rüstəm Qasımov, Kənan Xəlilov (hər ikisi – 67 kq), Füqan Əliyev, Paşa İbrahimli (hər ikisi – 73 kq), Kənan Əliquliyev (81 kq), Tarmenxan Babayev (89 kq). 

Müəllif: Natiq NƏSİROV